Data Platformaları üzrə Aparıcı Mühəndis / Senior Data Platforms Engineer
Baku, AZ
Azercell haqqında
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
- Linux, Docker və Kubernetes infrastrukturunu idarə etmək; tətbiqlərin yerləşdirilməsi, yeniləmələr, miqyaslama, resurs planlaşdırılması, yüksək əlçatanlıq, ehtiyat nüsxələmə və bərpa işlərini həyata keçirmək.
- Batch və streaming rejimində məlumat qəbulu, paylanmış SQL sorğuları və etibarlı məlumat xidmətləri üçün Cloudera, Apache Kafka və Trino/Starburst platformalarını idarə etmək.
- Platforma dəyişikliklərini avtomatlaşdırmaq üçün GitLab CI/CD pipeline-lar, versiya tənzimləmələri və s.
- Metrikalar, idarəetmə panelləri və xəbərdarlıqlar qurmaq; insidentləri araşdırmaq, əsas səbəbləri sənədləşdirmək, klasterlərin vəziyyətini, sorğu performansını və resurs səmərəliliyini yaxşılaşdırmaq.
- Giriş icazələri və məxfi məlumatların idarə edilməsi qaydalarını tətbiq etmək, əməliyyat təlimatlarını saxlamaq və təhlükəsiz, özünəxidmət əsaslı data imkanları təqdim etmək üçün mühəndislik komandaları ilə əməkdaşlıq etmək.
Axtardığımız namizədə tələblər:
- Data Platformaları Mühəndisi və ya əlaqəli sahələr üzrə 5 ildən artıq peşəkar iş təcrübəsi.
- İngilis dilində peşəkar iş səviyyəsində bilik.
- Linux sistemlərinin idarə edilməsi, əməliyyat sistemi, şəbəkə və saxlama sistemlərində problemlərin aradan qaldırılması üzrə praktiki təcrübə; Docker və Kubernetes bilikləri.
- Kafka mesajlaşma prinsipləri və Cloudera/Hadoop xidmətləri, o cümlədən əsas platforma əməliyyatları və nasazlıqların aradan qaldırılması üzrə bilik.
- Trino, Starburst və ya analoji paylanmış SQL mühərrikləri ilə iş, konnektorlar, sorğuların icra planları və problemlərin aradan qaldırılması üzrə təcrübə.
- GitLab CI/CD pipeline-lar ilə iş və deployment proseslərinin avtomatlaşdırılması üzrə təcrübə; Go, Python və ya Bash dillərindən ən azı birində skript yazmaq bacarığı.
- Prometheus monitorinq ekosistemi (Grafana, Alertmanager) və HashiCorp Vault və ya CyberArk Conjur kimi məxfi məlumatların saxlanması həlləri ilə tanışlıq.
Üstünlük verilən bilik və bacarıqlar
- Resurs bölgüsü, paralellik və nasazlıqların təhlili daxil olmaqla Spark, PySpark və ya Spark SQL tapşırıqlarını hazırlamaq və optimallaşdırmaq bacarığı.
- Apache Flink, Kafka Streams və ya Spark Structured Streaming ilə təcrübə; vəziyyətin idarə edilməsi, yoxlama nöqtələri (checkpoints) və məlumat çatdırılmasının təminatları üzrə bilik.
- AWS (EKS, S3, IAM), hibrid bulud mühitlərinin idarə edilməsi və infrastrukturun avtomatlaşdırılması üzrə təcrübə.
- Süni intellekt və maşın öyrənməsi (AI/ML) iş yükləri üçün GPU serverləri, NVIDIA drayverləri, konteyner mühitləri və GPU resurslarının planlaşdırılması üzrə təcrübə.
- Apache Iceberg, Model Context Protocol (MCP), agent əsaslı süni intellekt həlləri və AI alətlərinin təhlükəsiz inteqrasiyası haqqında anlayış.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
- Hibrid iş mühiti – Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
- Operate Linux, Docker, and Kubernetes infrastructure; handle deployments, upgrades, scaling, capacity planning, high availability, backups, and recovery.
- Manage Cloudera, Apache Kafka, and Trino/Starburst to support batch and streaming ingestion, distributed SQL, and reliable production data services.
- Build GitLab CI/CD workflows, version-controlled deployment templates, and scripts to automate platform changes and reduce manual operations.
- Implement metrics, dashboards, and alerts; troubleshoot incidents, document root causes, and improve cluster health, query performance, and resource efficiency.
- Apply access policies and secret management, maintain operational runbooks, and collaborate with engineering teams to provide secure, self-service data capabilities.
What we look for:
- 5+ years of professional experience in Data Platforms Engineer or related fields.
- English language proficiency at a minimum B2 level.
- Hands-on Linux administration and troubleshooting of operating systems, networks, and storage; practical experience with Docker and Kubernetes.
- Working knowledge of streaming platform like Kafka and Cloudera/Hadoop services, including basic platform operations and troubleshooting.
- Operational experience with Trino, Starburst, Impala or equivalent distributed SQL engines, including connectors, execution plans, and troubleshooting.
- Experience with GitLab CI/CD, Git workflows, and deployment automation; ability to script in at least one of Go, Python, or Bash.
- Familiarity with the Prometheus monitoring stack (Grafana, Alertmanager) and secret stores such as HashiCorp Vault or CyberArk Conjur.
Preferred Qualifications
- Ability to develop and tune Spark, PySpark, or Spark SQL jobs, including resource allocation, parallelism, and failure analysis.
- Experience with Apache Flink, Kafka Streams, or Spark Structured Streaming; knowledge of state, checkpoints, and delivery guarantees.
- Experience with AWS (EKS, S3, IAM), hybrid-cloud operations, and infrastructure automation.
- Experience operating GPU servers, NVIDIA drivers, container runtimes, and GPU scheduling for AI/ML workloads.
- Familiarity with Apache Iceberg, Model Context Protocol (MCP), agentic AI solutions, and secure AI tool integrations.
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.