Apply now »

Finance Business Partnering specialist

Date:  Nov 3, 2026
Location: 

Baku, AZ

Company:  AZERCELL TELECOM LLC

 

Azercell haqqında:

 

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Əsas öhdəliklər:

 

  • Biznes təşəbbüslərinin maliyyə, əməliyyat və texniki baxımdan mümkünlüyünü qiymətləndirərək biznes ideyalarını konkret təhlil və nəticələrə çevirmək.

  • Xərc-fayda təhlili, investisiyanın gəlirliliyi (ROI), geriödəmə müddəti və müxtəlif ssenarilərin müqayisəsini aparmaqla biznes imkanlarını dəyərləndirmək.

  • Qərarların qəbulundan əvvəl əsas fərziyyələri təhlil etmək, potensial riskləri və prosesdən asılı olan amilləri müəyyənləşdirmək.

  • Biznes ideyalarını müvafiq ölçülə bilən göstəricilərə və əsas fəaliyyət indikatorlarına (KPI) çevirmək.

  • Zəruri məlumatların toplanması, mövcud məlumat boşluqlarının müəyyən edilməsi və əsaslandırılmış qərarların qəbulunun təmin olunması məqsədilə aidiyyəti maraqlı tərəflərlə əməkdaşlıq etmək.

  • Daha effektiv investisiya və strateji qərarların qəbuluna dəstək olmaq üçün məlumatlara əsaslanan təhlillər və aydın tövsiyələr təqdim etmək.

 

Axtardığımız namizədə tələblər:

 

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

  • Azərbaycan və ingilis dillərini mükəmməl bilmək; rus və türk dillərini bilmək üstünlükdür.

  • IFRS standartları üzrə biliklər və SAP sistemi ilə iş təcrübəsi.

  • SQL üzrə güclü biliklər və Microsoft Excel proqramında qabaqcıl istifadə bacarıqları.

  • Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili arzuolunandır. ACCA kvalifikasiyasına malik olmaq və ya ACCA üzrə təhsilini davam etdirmək üstünlükdür.

  • Natamam məlumatlarla işləyərkən belə təhlili düzgün strukturlaşdırmaq, əsas nəticələri müəyyənləşdirmək və əsaslandırılmış qənaətlərə gəlmək bacarığı.

  • Mürəkkəb təhlilləri anlaşıqlı dashboard-lara, cədvəllərə və rəhbərlik üçün xülasələrə çevirmək bacarığı.

  • Əsas kompromisləri (trade-off), riskləri, fərziyyələri və təhlilin nəticələrini rəhbərliyə aydın və inamla təqdim etmək bacarığı.

 

Sizə nə təklif edirik: 

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
  • Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

 

Son müraciət tarixi: 17.11.2026

 

 

 

 

About Azercell


At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.


Your key responsibilities:

 

  • Turn business ideas into actionable insights by assessing their financial, operational, and technical feasibility.

  • Evaluate business opportunities through cost–benefit analysis, ROI calculations, payback periods, and scenario comparisons.

  • Challenge assumptions, identify potential risks, and assess key dependencies before decisions are made.

  • Transform business concepts into measurable outcomes by defining relevant metrics and KPIs.

  • Collaborate with stakeholders to gather the right data, identify information gaps, and ensure informed decision-making.

  • Deliver data-driven insights and clear recommendations that help the business make smarter investment and strategic decisions.


What we look for:

  

  • Min 2 years of relevant professional experience.

  • Excellent command of Azerbaijani and English; knowledge of Russian and Turkish will be considered an advantage.

  • Knowledge of IFRS standards and experience working with SAP.
  • Strong SQL knowledge and advanced Excel skills.

  • A Bachelor's degree in Finance, Accounting, or a related field is desirable. ACCA qualification or progress towards ACCA certification will be considered an advantage. 

  • Ability to structure meaningful analysis, identify insights, and draw conclusions even when working with incomplete data.

  • Ability to turn complex analysis into clear dashboards, tables, and executive summaries.

  • Confidence in presenting and explaining key trade-offs, risks, assumptions, and findings to management.


What we offer you:


At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
•    A Purposeful Career 
– Be part of projects that shape the digital future of Azerbaijan.
•    Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
•    Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
•    Health & Wellbeing Support 
– Comprehensive medical insurance and wellness initiatives.
•    Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
•    Competitive Compensation Package 
– Fair and performance-based rewards.
•    Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.

 

Are you ready to shape your future with confidence? Apply today.

 

Deadline: 17.11.2026

 

Apply now »