Head of Accounting and Tax Compliance/Mühasibat Uçotu və Vergi Uyğunluğu üzrə Rəhbər
Baku, AZ
Azercell haqqında:
Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.
Əsas öhdəliklər:
Mühasibat əməliyyatları və maliyyə hesabat dövrünün bağlanması
- Mühasibat əməliyyatlarına rəhbərlik etmək, aylıq və illik maliyyə hesabat dövrünün düzgün və vaxtında bağlanmasını təmin etmək.
- Üzləşdirmə əməliyyatları, şirkətdaxili hesablaşmalar və vahid mühasibat uçotu siyasətlərinə nəzarət etmək.
Əsas vəsaitlər və CAPEX
- Əsas vəsaitlərin uçotu, kapitallaşdırılması, amortizasiyası və tikintisi davam edən aktivlər üzrə nəzarət proseslərini idarə etmək.
- CAPEX/OPEX xərclərinin düzgün təsnifatını və mühasibat uçotu standartlarına uyğunluğunu təmin etmək.
Vergi və qanunvericilik üzrə uyğunluq
- Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəliklərinin düzgün hesablanmasını, bəyan edilməsini və vaxtında ödənilməsini təmin etmək.
- Vergi yoxlamalarına rəhbərlik etmək və yerli qanunvericiliyin tələblərinə uyğunluğu təmin etmək.
Ödənişlər və daxili nəzarət
- Mərkəzləşdirilmiş ödəniş əməliyyatlarına, bank əməliyyatlarına və üzləşdirmə proseslərinə nəzarət etmək.
- Maliyyə nəzarəti mexanizmlərini, təsdiq prosedurlarını və vəzifə bölgüsü prinsiplərini gücləndirmək.
Transformasiya və komanda rəhbərliyi
- Mühasibat uçotu proseslərinin avtomatlaşdırılması təşəbbüslərinə rəhbərlik etmək.
- SAP S/4HANA Finance sisteminin tətbiqinə və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik etmək.
- Dörd struktur bölmə rəhbərinin idarə edilməsini və peşəkar inkişafını təmin etmək, yüksək performans, məsuliyyətlilik və komanda effektivliyini təşviq etmək.
Axtardığımız namizədə tələblər:
-
İş təcrübəsi: Müvafiq sahədə minimum 10 il iş təcrübəsi, o cümlədən mühasibat uçotu, maliyyə nəzarəti və ya maliyyə əməliyyatları üzrə rəhbər vəzifədə ən azı 5 il təcrübə, həmçinin rəhbər heyətin idarə edilməsi üzrə təcrübə.
-
Təhsil: Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
-
Strateji maliyyə idarəetməsi: Bir neçə hüquqi şəxs üzrə maliyyə hesabat dövrünün bağlanması, maliyyə uçotu, xarici audit, vergi uyğunluğu və genişmiqyaslı mühasibat əməliyyatlarının idarə edilməsində uğurlu təcrübə.
-
Peşəkar biliklər: MHBS (IFRS) və Azərbaycan Respublikasının vergi qanunvericiliyi, o cümlədən mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergilər və vergi yoxlamaları üzrə güclü biliklər.
-
ERP və transformasiya: SAP FI və ya SAP S/4HANA maliyə sistemləri ilə iş üzrə rəhbərlik təcrübəsi; biznes proseslərinin standartlaşdırılması, mərkəzləşdirilməsi, ERP sistemlərinin tətbiqi və avtomatlaşdırılması sahəsində təcrübə üstünlükdür.
-
Peşəkar sertifikatlar: ACCA, CPA, CA və ya ekvivalent peşəkar mühasibatlıq sertifikatına sahib olmaq arzuolunandır. Azərbaycan Respublikasının Peşəkar Mühasib Sertifikatının (PMS) olması və ya əldə edilməsi üçün uyğunluq əlavə üstünlükdür.
-
Liderlik və kommunikasiya bacarıqları: Azərbaycan dilini sərbəst, ingilis dilini isə peşəkar iş səviyyəsində bilmək, yüksək liderlik və ünsiyyət bacarıqları, dürüstlük, düzgün qərarvermə və maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarığı.
Sizə nə təklif edirik:
Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:
- Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq;
- Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı;
- İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı;
- Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri;
- Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti;
- Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma;
- İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti.
Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.
Son müraciət tarixi: 20.11.2026
About Azercell
At Azercell, we're shaping a sustainable digital future as Azerbaijan’s #1 provider of mobile, fixed, and B2B solutions. We lead with innovation, building secure and scalable infrastructure, accelerating digital adoption, and delivering seamless experiences for individuals, businesses, and the public sector. Powered by data, AI, and automation — and driven by a skilled, inclusive team — we operate with agility, trust, and a commitment to creating long-term value for our people and communities.
Your key responsibilities:
Accounting Operations & Financial Close
-
Lead accounting operations, ensuring accurate and timely monthly and annual financial close.
-
Oversee general ledger, reconciliations, intercompany transactions and consistent accounting policies.
Fixed Assets & CAPEX
-
Manage fixed asset accounting, capitalization, depreciation and construction-in-progress controls.
-
Ensure accurate CAPEX/OPEX classification and compliance with accounting standards.
Tax & Statutory Compliance
-
Ensure timely and accurate tax calculations, filings and payments, including corporate income tax, VAT and withholding taxes.
-
Lead tax audits and ensure compliance with local legislation and statutory requirements.
Payments & Internal Controls
-
Oversee centralized payment operations, bank transactions and reconciliations.
-
Strengthen financial controls, approval processes and segregation of duties.
Transformation & Leadership
- Lead accounting process automation initiatives.
-
Drive SAP S/4HANA Finance implementation and continuous process improvement.
-
Manage and develop four unit heads, ensuring strong performance, accountability and team development.
What we look for:
-
Extensive Experience: 10+ years of relevant experience, including at least 5 years in senior accounting, financial control or finance operations leadership, with proven experience managing managers.
- Education: Bachelor’s degree in Accounting, Finance, Economics or a related field.
-
Strategic Financial Leadership: Strong track record in managing multi-entity financial closing, statutory accounting, external audits, tax compliance and large-scale accounting operations.
-
Technical Expertise: Strong knowledge of IFRS and Azerbaijani tax legislation, including corporate tax, VAT, withholding tax and tax audits.
-
ERP & Transformation: Hands-on leadership experience with SAP FI or SAP S/4HANA Finance, ideally supported by experience in process standardization, centralization, ERP implementation or automation.
-
Professional Qualification: ACCA, CPA, CA or an equivalent professional accounting qualification is highly preferred. An Azerbaijan Professional Accountant Certificate (or eligibility to obtain one) is an advantage.
-
Leadership & Communication: Fluent Azerbaijani and professional working English, complemented by strong leadership, integrity, sound business judgement and senior stakeholder-management skills.
What we offer you:
At Azercell, we believe our people are our greatest strength. When you join our team, you become part of a forward-thinking, purpose-driven company that values innovation, collaboration, and personal growth. Here's what you can expect:
• A Purposeful Career – Be part of projects that shape the digital future of Azerbaijan.
• Continuous Learning & Development – Access to exclusive training, e-learning platforms, and career growth programs.
• Innovative Work Environment – Join a team that embraces new ideas and technologies.
• Health & Wellbeing Support – Comprehensive medical insurance and wellness initiatives.
• Flexible work arrangements: Our flexible work policies empower you to balance your professional and personal life, fostering a culture of trust and autonomy.
• Competitive Compensation Package – Fair and performance-based rewards.
• Inclusive Culture – A diverse, respectful, and empowering workplace where every voice matters.
Are you ready to shape your future with confidence? Apply today.
Deadline: 20.11.2026